ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) prezident Trampın tapşırığı ilə iyulun 14-də Şərq vaxtı ilə saat 16:00-da, Bakı vaxtı ilə iyulun 15-də saat 00:00-da İrana qarşı dəniz blokadasını bərpa edəcək.
CENTCOM bəyan edir ki, blokada İran limanlarına və sahil zonalarına daxil olan, yaxud oradan çıxan gəmilərə şamil ediləcək. Bu məhdudiyyətləri pozmayan kommersiya gəmilərinin isə regional sulara girişinə əvvəlki kimi icazə veriləcək.