32
Bilgəh qəsəbəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sesxeber.com-a bildirilib ki, Bilgəh qəsəbəsi, Respublika küçəsində aidiyyəti qurum tərəfindən həyata keçirilən işlərlə əlaqədar olaraq 14–16 iyul tarixlərində 172 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik ediləcək.
Məhdudiyyət müddətində sözügedən marşrutun hərəkəti Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) – Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil olunacaq.
Sərnişinlərdən müvəqqəti dəyişiklikləri nəzərə almaları və səfərlərini planlaşdırarkən diqqətli olmaları xahiş edilir.