ASELSAN Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə hava hücumundan müdafiə sistemlərinin seriyalı istehsalına dair 1,47 milyard avro dəyərində müqavilə imzalayıb.
Sesxeber.com bildirir ki, müqavilə Türkiyənin çoxqatlı hava və raketdən müdafiə sistemi olan “Çelik Kubbe” proqramı çərçivəsində həyata keçiriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğan bu proqrama əlavə olaraq 24 milyard ABŞ dolları həcmində maliyyə ayrıldığını açıqlayıb.