81
Bakının 7-ci mikrorayonunda yaşayan sakinlərin “Dərnəgül” metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq məqsədilə ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.
Sesxeber.com xəbər verir ki, bunun üçün 3 nömrəli müntəzəm marşrut xəttindən xüsusi avtobuslar ayrılacaq.
Avtobuslar Abay Kunanbayev küçəsindən “Dərnəgül” metro stansiyasına və əks istiqamətdə hərəkət edəcək. Sərnişinlər bu avtobuslardan ödənişsiz istifadə edə biləcəklər.