83
“Oxford Economics”in proqnozuna görə, Nyu-York 6,4 trilyon dollarlıq iqtisadiyyatla 2050-ci ildə də dünyanın ən zəngin şəhəri olacaq.
Sesxeber.com məlumata əsasən bildirir ki, ilk üçlükdə Nyu-Yorkla yanaşı, Los-Anceles (3,62 trilyon dollar) və Şanxay (3,26 trilyon dollar) yer alacaq.
Tokio və London geriləyəcək, Pekin və Şençjen isə reytinqdə irəliləyəcək. Siyahının ilk onluğuna San-Fransisko, Dallas və Çikaqo da daxil olacaq.
Proqnoz 1 000 şəhəri əhatə edən “Global Cities Index” araşdırmasına əsaslanır.