Robert Kox İnstitutunun 2026-cı ilin əvvəlindən iyulun 19-na olan qiymətləndirməsinə əsasən, Almaniyada isti ilə bağlı ölüm halları 9800-ə çatıb. Bu göstərici 2016-cı ildən bəri qeydə alınmış rəqəmi üstələyib.
Sesxeber.com bildirir ki, əvvəlki ən yüksək göstərici 2018-ci ildə qeydə alınmışdı, həmin il təxminən 9 min nəfər isti hava ilə əlaqədar dünyasını dəyişib.
İnstitutun məlumatına görə, ölüm hallarının 5 mindən çoxu iyunun ikinci yarısındakı istilik dalğası dövrünə təsadüf edib. Həmin vaxt Almaniyanın bir çox bölgələrində havanın temperaturu 40 dərəcəyə çatıb, bəzi bölgələrdə isə 40 dərəcəni ötüb. Təkcə iyulun 13-19-da daha 1900 nəfərin isti hava səbəbindən öldüyü təxmin edilir.
Vəfat edənlərin əksəriyyəti 75 yaşdan yuxarı şəxslər olub.