32
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib ki, 16 yaşdan aşağı şəxslərin müvafiq platformalarda fərdi hesab yaratmasına icazə verilməyəcək.
Sesxeber.com məlumata əsasən bildirir ki, 16-18 yaşlı şəxslər isə hesabları yalnız qanuni nümayəndələrinin razılığı və valideyn nəzarəti paneli vasitəsilə aça biləcəklər.
Samir Məmmədov qeyd edib ki, hazırlanan qanun layihəsinin məqsədi interneti məhdudlaşdırmaq deyil, uşaqlar üçün rəqəmsal mühitdə təhlükəsizliyi təmin etməkdir.