73
Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemlərinə dəyişiklik edilib.
120 nömrəli marşrut: Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı
120E nömrəli marşrut: Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı
121E nömrəli marşrut: Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – “Əhmədli” metrostansiyası