11
ABŞ-nin Arizona ştatından olan 12 yaşlı Medilin Devis Long Lake gölündə 79 santimetr uzunluğu olan durna balığı tutaraq öz yaş kateqoriyasında dünya rekordu müəyyənləşdirib.
Sesxeber.com bildirir ki, hadisə ailəsinin balıq ovu ilə bağlı istirahətinin son günündə baş verib. Medilin təxminən 5 dəqiqə mübarizə apardıqdan sonra balığı sudan çıxarıb.
Balıq ölçüldükdən sonra yenidən suya buraxılıb. Rekord sentyabr ayında rəsmi təsdiqlənib və Medilin bu yaş kateqoriyasında durna balığının uzunluğuna görə ilk dünya rekordçusu olub.