19
“Qarabağ” futbol komandası UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.
Sesxeber.com bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə həyata keçiriləcək.
Qeyd edək ki, oyun 13 avqust, saat 20:00-da başlayacaq.