23
Gürcüstandan azərbaycanlılar da daxil 96 əcnəbi deportasiya edilib.
Sesxeber.com bildirir ki, bu barədə ürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miqrasiya İdarəsi nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Fil Dişi Sahili, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər ölkələrin ümumilikdə 96 vətəndaşını Gürcüstandan deportasiya edib.