5
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı 3 200-ə çatıb, onlardan 1 405-i ölümlə nəticələnib.
Sesxeber.com xəbər verir ki, son sutka ərzində ölkədə 125 xəstəliyə yoluxma halı aşkar edilib və 51 ölüm qeydə alınıb.
Bu, epidemiya başlayandan bəri ən yüksək sutkalıq göstəricilərdən biridir.
Qızdırmadan 571 nəfər sağalıb. // reuters